Məscidlərin sayını azaltmaq üçün Səudiyyədən gülünc ittiham

Məscidlərin sayını azaltmaq üçün Səudiyyədən gülünc ittiham

Səudiyyə Ərəbistanı məscidlərin fəaliyyətinin azaldılması siyasətini həyata keçirmək üçün gülünc iddiası ilə gündəmə gəlib.
 
Belə ki, İslamın və Səud Evinin Təbliğatı Nazirliyinin rəhbəri Əbdül Lətif əl-Şeyx məscidlərdə ibadət edən insanları su və elektrik oğurlamaqda ittiham edib.
 
Bu barədə "Sada Elbalad" saytı məlumat yayıb.
 
Nazir iddia edib ki, nazirlik tərəfindən pulun ödənməsinə baxmayaraq, bəzi din xadimləri məscidlərdən su və elektriyi oğurlayır.
 
Nəşrin məlumatına görə, bu ittihamlar Səud ailəsinə bağlı olan bir qrup insanın məscidlərin sayının həddindən çox olması ilə bağlı bəyanatından sonra səsləndirilib.
 
Yeri gəlmişkən xatırladaq ki, Səudiyyənin vəliəhd şahzadəsi  Muhəmməd Bin Salman dini fəaliyyətin azaldılması və dini müəssisələrin nüfuzunun azaldılması proqramını həyata keçirir.  /faktxeber /
 

Google+ WhatsApp ok.ru