Məscidə edilən hücum nəticəsində 16 nəfərdən çox insan həyatını itirib

Məscidə edilən hücum nəticəsində 16 nəfərdən çox insan həyatını itirib

Burkina-Fasonun Salmossi kəndində məscidə hücum olub.
 
Maide.Az xəbər verir k, BBC News-un məlumatına görə, hücum ən azı 16 nəfərin ölümünə səbəb olub. Yaralılar var. 
 
İndiyə qədər bölgədə fəaliyyət göstərən qruplaşmalardan heç biri hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Bu vaxt yerli sakinlər qonşu Maliyə qaçırlar.
 
Qeyd olunur ki, son illərdə Burkina-Fasoda “cihadçı” qrupların aktivliyi xeyli artıb. Onların ölkədə törətdikləri terror aktları nəticəsində artıq bir neçə yüz adam öldürülüb.
 
Ötən həftə sonu, ölkənin paytaxtı Ouaqaduqu sakinləri islamçılarla mübarizə üçün xarici qüvvələrin yeridilməsi çağırışları ilə küçələrə çıxıblar.

Google+ WhatsApp ok.ru