Məhkumlarla görüş dayandırılıb

Məhkumlarla görüş dayandırılıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb.
 
Sputnik Azərbaycan bildirir ki, bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib: "Koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində sanitar-epidemioloji, profilaktik tədbirlər həyata keçirilir. Məhz bununla əlaqədar olaraq da Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu dayandırılıb".
 
"Azərbaycanda koronavirus infeksiyasına yoluxan şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir", - deyə o əlavə edib.
 
 

Google+ WhatsApp ok.ru