Maaş kəsməklə yeni iş yerləri yaradılır

Maide.az xəbər verir ki, "Azadlıq" qəzeti ikinci devalvasiyadan sonra hökumətin yaratdığı «yeni iş yerləri» siyasətini tənqid edir. Bu mövzuda dərc edilən məqalədə qeyd edilir ki, devalvasiya kütləvi ixtisarlarla müşayiət edildi. Hökumət isə yeni iş yerləri yaradacağı sözünü verdi.
 
Qəzet «Azərenerji»də baş verənləri gündəmə gətirir.
 
Məqalədə qeyd edilir ki, işdən azad edilən energetiklər üçün tikinti və abadlaşdırma sahəsi yaradılıb: «Beləliklə aydın olur ki, işçilərin maaşlarını kəsməklə yeni işə götürülənlər əməkhaqqı ilə təmin ediləcək. «Azərenerji»nin rəhbər şəxslərinin maaşları isə yenə əvvəlki həddə veriləcək».

Google+ WhatsApp ok.ru