Sabah Azərbaycanda havanın temperaturu 17 dərəcəyədək artacaq 29 Fevral 2016 02:00 Ölkə Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadanın bəzi yerlərində zəif duman olacağı ehtimalı var. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-14 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq. Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Böyük Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə, gündüz 9-14 dərəcə isti olacaq. Teqlər : #Sabah Azərbaycanda havanın temperaturu 17 dərəcəyədək artacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Maaş kəsməklə yeni iş yerləri yaradılır Hövsan və Türkanda daş karxanaları ləğv edilərək yerində süni göl yaradılır