Maaşları `yeyən` inflyasiya

Maaşları `yeyən` inflyasiya

"Exo" qəzetində "Azərbaycanda artırılan maaşları inflyasiya "yeyir"" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif qeyd edir ki, manatla ifadədə ölkə əhalisinin gəlirləri artır. Amma dollara nisbətdə ölkədə orta aylıq maaş 2014-cü il ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb: "Maaşların artırılması həcmi o qədər azdır ki, bunu da inflyasiya "yeyir". İndiki iqtisadi durumda əmək haqlarının əhəmiyyətli dərəcədə artacağına da ümid yoxdur. Ölkə vətəndaşlarının bayram günlərində və ya ilin nəticələrinə görə pul mükafatı almaq gözləntiləri də qalmayıb".
 
Mövzu ilə bağlı qəzetə danışan ekspertlər vurğulayıblar ki, iqtisadi böhran başladıqdan bu yana bəzi şirkətlər bağlanıb, bəzi müəssisələrdə isə ixtisarlar aparılıb: "Düzdür, məmurlar həmişə bunun əksini sübut etmək istəyir. İndi tədrici ixtisarlar müşahidə edilir, az da olsa sahibkarlar "əlavə qüvvə"dən xilas olmaq istəyirlər".
 
Ekspertlərə görə, son illər ümumilikdə nə qədər adamın işini itirdiyi məlum deyil, rəsmi statistika bu haqda susur. Amma belə rəqəmlərin kifayət qədər yüksək olmasına şübhə edilmir.
 
Ekspertlər qeyd ediblər ki, iri investisiya layihələrinin sayının azalması ilə büdcə kifayət qədər ciddi dəyişikliklərə məruz qalıb və bu da əmək bazarına mənfi təsir göstərir: "Əmək bazarında durğunluq davam edir və bu da onunla bağlıdır ki, hökumət zamanında qabaqlayıcı tədbirlər görməyib. Hətta dövlət özü ölkədə real işsizlərin sayını bilmir". /

Google+ WhatsApp ok.ru