Nə qədər işsiz var?

Nə qədər işsiz var?

"Bizim Yol" qəzetində çıxan "Adına torpaq olan işsiz sayılmır" sərlövhəli məqalədə işsizlik mövzusunun müzakirəsi davam edir.
 
Müəllif qeyd edir ki, rəsmi statistikaya görə, ölkədə cəmi 33 min nəfər işsiz statusu alıb.
 
Ekspert Natiq Cəfərli qəzetə deyib ki, rəsmi rəqəmlərlə reallıq arasında ciddi fərq var. Üstəlik, dünyada qəbul olunmuş işsizlik hesablama qaydaları ilə Azərbaycanda qəbul olunan qaydalar ciddi şəkildə fərqlənir: "Azərbaycanın bu statistikası rəsmi siyasətə, rəsmi ritorikaya cavab verir. Ona görə də, işsizlərin sayı hesablanarkən ancaq rəsmi şəkildə işsiz statusu alan şəxsləri qeydiyyata alırlar. O sayı da əsas gətirərək cəmiyyətdə işsizlik səviyyəsini hesablayırlar".
 
N.Cəfərliyə görə, ikinci ən böyük problem odur ki, bütün dünyada kənd təsərrüfatında çalışanların sayı ayrı götürülür. Azərbaycanda isə əksinə, kimin torpaq sahəsi varsa, onları işsiz kateqoriyasına aid etmirlər.
 
Ekspert deyib ki, o torpaq sahələrində çalışanların bir çoxu işsizdir. Üstəlik, bəzi torpaq sahələri sadəcə boş qalıb: "Odur ki, beynəlxalq praktikada qəbul olunmuş qaydalara uyğun olaraq, Azərbaycanda da işsizlik səviyyəsi hesablansa, təbii ki, rəsmi rəqəmlərdən dəfələrlə çox bir rəqəm alına bilər". /

Google+ WhatsApp ok.ru