Mahmud Abbas: Yasir Ərəfatın qatillərini tanıyıram

Mahmud Abbas: Yasir Ərəfatın qatillərini tanıyıram

Fələstin prezidenti Mahmud Abbas, 12 il əvvəl dünyasını dəyişən Fələstin lideri Yasir Ərəfatın şübhəli ölümü ilə bağlı açıqlama verib.
 
Maide.Az xəbər verir ki, Yasir Ərəfatın vəfatının 12-ci ildönümü münasibətilə "Fəth" hərəkatı tərəfindən Ramallahda keçirilən anım mərasimində danışan Abbas bildirib ki, Ərəfatın ölümü ilə bağlı istintaq davam edir. "Məndən soruşsanız qatilin kim olduğunu yaxşı bilirəm. Ancaq mənim şahidliyim, qatilin adının açıqlanması üçün kifayət deyil. İstintaq komissiyasının bütün detalları müəyyən etməsi lazımdır. Ən yaxın zamanda qatillərin, kim olduğunu açıqlayacağıq və hamı dəhşətə gələcək".
 

Google+ WhatsApp ok.ru