Mahmud Abbas İsrail rejimini soyqırım törətməkdə ittiham etdi

Maide.az-ın məlumatına görə, Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas BMT Baş Məclisində nitqində İsrail rejiminin Qəzza zolağında soyqırımı törətməkdə təqsirləndirib.
 
Abbasın sözlərinə görə, İsrailin dünyanın gözü qabağında törətdiyi hərbi cinayətlər cəzasız qalmamalıdı.
 
Qeyd edək ki, İsrailin Qəzza zolağını bombalaması nəticəsində 5-dən çox insan həyatını itirmiş, 11 insan yaralanmışdı. 
 
BMT-nin məlumatına görə, ölənlərin əksəriyyəti dinc sakinlərdir. 
 
Mahmud Abbas Qəzzada misli görünməmiş dağıntılar baş verdiyini və əvvəlki müharibələrdən artıq ziyan vurulduğunu qeyd edib.
“Qəzzaya qarşı son müharibə bütün dünyanın gözü qabağında törədilən sırf hərbi cinayətlər silsiləsi olub”, - Fələstin muxtariyyətinin başçısı bəyan edib.
 
Daha əvvəl Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməklə hədələdiyinə baxmayaraq, bu dəfə Fələstin lideri öz nitqində Haaqanı xatırlamayıb.
 
Abbasın sözlərinə görə, İsrail hakimiyyəti fundamental məsələləri həll etməsə, bu ölkə ilə danışıqlara qayıdış mümkün deyil – yəni, əgər İsrail “1967-ci il müharibəsində işğal etdiyi bütün Fələstin ərazisində paytaxtı Şərqi Yerusəlimdə yerləşən müstəqil Fələstin dövlətinin“ yaradılmasına razı olmasa.
 
Abbasın çıxışı zamanı İsrail nümayəndə heyəti iclas zalını tərk edib.

 

Google+ WhatsApp ok.ru