Maide.az-ın kitabxanasına 3 yeni kitab yüklənib

Maide.az-ın kitabxanasına 3 yeni kitab yüklənib

Maide.az-ın "KİTABXANA"sına 3 ədəd yeni kitab əlavə olunub. Kitablardan biri "İmam Həsənin (ə) sülhü: reallıq və tarixin zülmü" adlanır. Kitab İmam Həsənin (əleyhissalam) bağladığı sülhün islam ümmətinin həyatında tarixi dönüş nöqtəsi oynamasından, onun əhəmiyyətindən danışılır. Bu tarixi hadisənin böyük əhəmiyyətinə baxmayaraq, təəssüflər olsun ki, tarixçilər insaf və obyektivliklə bu hadisəni izah etməmişlər. Bu hadisə bəzən yarımçıq, bəzən isə tərsinə  təsvir edilmişdi. Nəticədə bu tarixi hadisə detalları ilə aydın olmamış, həqiqəti tam ehtiva etmədən, qarışıq formada təsvir edilmişdir. Baş vermiş hadisələrin elmi araşdırılması üçün tədqiqatçı, ustad Yəhya Əbdulmuhsin Duxi əlini “yaranın” üzərinə qoymuşdur. Kitabda bəzi tarixi mətnləri, rəvayətləri toplamış, həqiqəti öz yerinə qoymaq üçün onları müfəssəl təhlil etmişdir.
 
Digər kitab "Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib"dır. Bu kitab “Əhli-sünnə hədislərinin müzakirəsi” sərlövhəsində hazırlanmış tədqiqat və araşdırmaların bir hissəsidir. Müəllif Muhəmməd Cavad Xəlil müəyyən səbəblərdən bəzi tədqiqatların müstəqil surətdə çap olunmasını istəyib. Bu kitabda mövcud olan tədqiqatlar qeyd olunan araşdırmaların üçüncü hissəsidir. 
 
Üçüncü kitab "Səqəleyn: tərk edilmiş peyğəmbər vəsiyyəti" adlanır. Kitabda Səqəleyn hədisi barədə fərqli fikirlər bir-bir nəzərdən keçirilib və xüsusilə İbn Teymiyyənin iddiaları ən detallı şəkildə incələnib. Çoxlu sayda mənbələrlə "Səqəleyn" və "Xəlifəteyn" hədislərinin mövcudluğunu və etibarlılığı isbat edilib, "Səhih Müslim"dən tutmuş bütün ən mötəbər əhli-sünnə kitablarından dəlillər təqdim olunub. Bu rəvayətlərin müxtəlif sənədlərini diqqətlə araşdırılıb, həmçinin öndəgedən əhli-sünnə hədis alimlərindən, o cümlədən Əllamə əl-Əlbani, Şeyx əl-Ərnaut və s.-dən rəvayətlərin etibarlılıq dərəcələri barədə sitatlar gətirilib.

Google+ WhatsApp ok.ru