İmam Həsənin (ə) sülhü: reallıq və tarixin zülmü

İmam Həsənin (ə) sülhü: reallıq və tarixin zülmü

Əgər İmam Həsənin (əleyhissalam) bağladığı sülhün islam ümmətinin həyatında tarixi dönüş nöqtəsi oynadığı qədər əhəmiyyətli olduğunu desək, mübaliğə etmiş olmarıq. Bu tarixi hadisənin böyük əhəmiyyətinə baxmayaraq, təəssüflər olsun ki, tarixçilər insaf və obyektivliklə bu hadisəni izah etməmişlər. Bu hadisə bəzən yarımçıq, bəzən isə tərsinə təsvir edilmişdi. Nəticədə bu tarixi hadisə detalları ilə aydın olmamış, həqiqəti tam ehtiva etmədən, qarışıq formada təsvir edilmişdir. Baş vermiş hadisələrin elmi araşdırılması üçün tədqiqatçı, ustad Yəhya Əbdulmuhsin Duxi əlini “yaranın” üzərinə qoymuşdur. Kitabda bəzi tarixi mətnləri, rəvayətləri toplamış, həqiqəti öz yerinə qoymaq üçün onları müfəssəl təhlil etmişdir.

Google+ WhatsApp