Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Hörmətli oxucular! Maide.az-ın Kitabxanasına 4 ədəd kitab əlavə olunub. Kitablardan biri İSLAM ŞƏRİƏTİNDƏ SAĞLAMLIQ VƏ UZUN ÖMÜRLÜLÜK ELMİ VƏ TİBBİ SÜBUTLARLA adlanır. Kitabda bir çoxlarının qərəzli olaraq və bəzən də məlumatsızlıq üzündən, on dörd əsr bundan qabaqkı dinin hazırkı dövrün mütərəqqi elmləri ilə ayaqlaşa və bütün bu texnologiyanı, çeşidli kəşfləri nəzərə alaraq, bəşəriyyətin ehtiyaclarını təmin edə bilmədiyinə dair fikirlərinə cavab verilir. Digər kitab MƏRSİYYƏLƏR adlanır və kitabda çoxlu sayda növbə və mərsiyyələr yer alıb. MƏSƏLLƏR - 100 sual 100 cavab adlı kitabda İslam dini ilə bağlı yaranmış ən çox verilən suallara cavablar var. Sonuncu kitab isə Quranın qardaşı adlandrılan “NƏHCÜL-BƏLAĞƏ” HEKAYƏTLƏRİdir.

Google+ WhatsApp ok.ru