Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Hörmətli oxucular! Maide.Az-ın Kitabxanasına 3 ədəd kitab əlavə olunub. Kitablardan biri "İmam Sadiqin (ə) bəyani ilə YARANIŞİN SİRLƏRİ" adlanır. Bildiyimiz kimi İslam elmi inkişaf etmiş elmlərdən biridir. Əgər tarixə nəzər salsaq, onda görərik ki, həqiqətən İslam barəsində deyilən sözlər indi də özünü doğruldur. Əgər Quranın və məsum İmamlarin (ə) buyurduqlarına nəzər salsaq, İslamda fəqət ibadət və itaət hökmləri yox, bəlkə də elmi mövzulara da geniş surətdə yer verildiyini görərk. Kitabda məhz bu barədə söhbət açılır.

Digər kitab isə "İMAM ZAMANLA GÖRÜŞƏNLƏR"dir. Kitabda “İmam Zaman (ə)-ı görmək olmaz!” – deyənlər üçün cavablar var. Qeyd etmək yerinə düşərdi ki, belə yanlış və əsassız iddia irəli sürənlər İmamın düşmənlərinə nə böyük kömək etmiş olduqlarının fərqində deyillər. 

Üçüncü kitab isə görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhərinin "İnsanı tanımaq" kitabıdır. Şəhid Mürtəza Mütəhhərinin əsərlərini oxuyub başa düşmək, onun düşüncə və təfəkkür zirvəsini fəth etmək həddindən artıq çətin, amma eyni zamanda mühüm və zəruridir. Bəli, ustadın islam maarifi və ilahiyyat elmləri sahəsində yazıb-yaratdığı əsərləri oxuyub başa düşmək çətin olduğu qədər şirin və cazibəlidir.  

Google+ WhatsApp ok.ru