Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu

Hörmətli oxucular! Maide.Az-ın Kitabxanasına 2 ədəd kitab əlavə olunub. Kitablardan biri Məhəmmədrza Məhdəvi Kəninin "İslamda əxlaq" kitabının ikinci cildidir. Kitabda insanların böyük səadətə nail olmaq üçün nəfsin saflaşdırılıb tərbiyələndirilməsi, yəni rəzil əxlaqi sifətləri uzaqlaşdırıb, bəyənilmiş keyfiyyətləri özündə yaratmağın gözəlliyindən bəhs edilir.

Digər kitab isə Həbibullah Əhmədinin "İslamda nümunəvi qadınlar - Fatimə(s.ə)" adlanır. Adından da göründüyü kimi kitab qadın yaranışının xüsusiyyətiləri, yaranışda qadın və kişi arasındakı fərqlər, qadının fərdi və ictimai hüquqlarından bəhs edilir və bu yğndə Peyğəmbər qızının həyat tərzi nümunə göstərilir. 

Google+ WhatsApp ok.ru