Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

-- Bir-birindən maraqlı islami kitabları kitabxanamızdan yükləyə bilərsiz

Maide.az-ın "KİTABXANA"sına 4 ədəd yeni kitab əlavə olunub. Kitablardan biri Ayətullah Seyid Əli Xameneinin "TƏŞKİLAT VƏ TƏŞKİLATÇILIQ" kitabıdır. Kitabda lazımi işlərin idarəsi üçün təşkilat yaratmaq və fərdləri təşkilatlandırmağın zəruriliyindən danışılır. Əgər bu işdə uğur qazanmaq və səmərələrindən bəhrələnmək istəyiriksə, əvvəlcə təşkilat işinin zəruriliyini başa düşməli, sonra bunun şərtləri çərçivəsində hərəkət etməliyik.

Digər kitab "SİDDİQEYİ TAHİRƏ"dir. Müəllif Əqiqi Baxşayeşi qeyd edir ki, "Fatimə" adı yalnız adi bir ad kimi xatırlanarsa, burada fövqəladə heç bir şey yoxdur. Onu təşkil edən hərflər – istər tək olsun, istərsə də bütövlükdə - heç bir alilik və müqəddəslik, heç bir qeyri-adi parlaqlıq və hətta heç bir səciyyəvi xüsusiyyət daşımır. Bildirir ki, uşaqlıqda adı ilə çağırılan azmı qadın və qız görmüşük ki, böyüyəndə başdan-başa sürtülmüş Qərbə qərq olmuş ictimai həyatda, Qərbi və qərbliləri özləri üçün nümunə edənlərin məclis və yığıncaqlarında müstəmləkə dünyasının kino ulduzlarının adları ilə çağırılan dost və tanışlarının yanında uşaqlıq zamanının adından – Fatimə adından bezərək bu addan üz döndərmiş və öz adlarını “Fifi” və “Fati” ilə əvəz etmişlər!..

Növbəti kitab "“QIRX” KƏLMƏSİ HAQQINDA QIRX İNÇƏLİK" adlanır. Kitabda müxtəlif mövzuları əhatə edən hədislər və Quran ayələri toplanıb.
 
Sonuncu əlavə edilən kitab isə Ayətullah Məkarim Şirazinin "BİZİM DİNİ ƏQİDƏMİZ" əsəridir. Müəllif qeyd edir ki, müasir əsrimizdə dünyada böyük bir dəyişiklik və irəliləyişə sahibik və bu dəyişiklik ən möhtəşəm və səmavi dinlərdən olan İslam dinindən qaynaqlanır. İslam dini hazırki əsrdə yeni bir dirçəliş və tərəqqiyə qədəm qoymuşdur. Dünya müsəlmanları ayılaraq, öz əslinə, kökünə qayıdıb, cavabsız qalmış problemlərin həllini İslam təlimlərində axtarırlar.
 

Google+ WhatsApp ok.ru