Payçıların aldadılmaları hələ də gündəmdə

Payçıların aldadılmaları hələ də gündəmdə

-- dövlət əhalinin belə problemlərini öz üzərinə götürməməlidir

"Exo" qəzetində "Azərbaycanda aladadılan payçıların problemi Azərbaycan dövlətinin problemidir?" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif mənzil tikintisi sahəsində payçıların aldadılmaları problemini daşınmaz əmlak sahəsi üzrə ekspert Rəşad Əliyevlə müzakirə edir.
 
Müəllif deyir ki, ekspert R.Əliyev aldadılmış payçıların problemini dövlət büdcəsi hesabına həll etməyi doğru saymır, vəziyyətdən çıxış yolunu belə göstərir:
 
"Amma dövlət tikinti şirkətlərinə tikintisi "dondurulmuş" yaşayış binalarının tikintisinin tamamlanmasına kömək edə bilər. Azərbaycanda bu sahədə aldatmaların sayı olduqca çoxdur. Burada iki tip aldadılmış payçı tipi var. Birinci, birbaşa fırıldaqçılara rast gələnlərdir. Bu halda bir qayda olaraq tikinti şirkəti müəyyən müddətə evlərin açarlarını payçılara verəcəyi adı ilə pulu alır və "yoxa çıxırlar". İkinci tipi isə adladılmış saymaq da olmaz, yəni, şirkət maliyyə problemi ilə bağlı müflis olaraq tikintini qurtara bilmir".
 
R.Əliyevə görə, dövlətin əsas vəzifəsi belə aldadılmış payçılar "ordusu"nun sayının artmasına imkan verməməkdir və eskpert xatırladır ki, vaxt olub ki, bir-iki il ərzində belə aldadılmış payçıların sayı kəskin artıb.
 
Ekspert xüsusi vurğulayır ki, dövlət əhalinin belə problemlərini öz üzərinə götürməməlidir və vətəndaşların bütün problemləri dövlət xəzinəsi hesabına həll oluna bilməz, belə hallar dövlət büdcəsinin "boşalması"na səbəb olar: "Amma, dövlət maliyyə problemi üzündən yaşayış binasını yarımçıq qoymuş tkinti şirkətlərinə kömək edə bilər, dövlət belə şirkətlərlə qarşılıqlı faydalılıq əsasında müqavilə imzalaya bilər. Belə halda şirkətin reputasiyası yoxlanılmalı, fəaiyyəti dövründə cinayət əsaslı hadisələrə yol verib-vermədiyi aşkar olunmalıdır".
 
Ekspert isə yeni hündürmərtəbəli binaların tikintisi zamanı tikintiyə sərmayə qoyan vətəndaşların ən çox üzləşdikləri bəzi problemləri vurğulayır.
 
R.Əliyev deyir ki, payçılarla bağlanılan müqaviləyə əsasən, tikinti şirkətinin obyekti vaxtında tikib payçılara təhvil verməməsi, şirkətin tikinti işi aparması üçün icazə sənədinin olmaması kimi problemlər ortaya çıxır.
 
Ekspertə görə, bu da hamısı deyil, tikintinin keyfiyyətinin tikinti normalarına uyğunsuzluğu, texniki reqlament və tələblərin pozulması, şirkət müflis olduğu halda bunun nəticəsi kimi obyekti başa vura bilmək üçün əlavə vəsaitlərin cəlb olunması kimi əlavələrin göstərilməməsi, şirkətin müxtəlif mülki-hüquqi müqavilələr tərtib etmək yolu ilə səlahiyyətlərini genişləndirməsi də problemlər sırasındadır.
 
R.Əliyev vurğulayır ki, bir mənzilin bir neçə payçıya satılması kimi problemi də gözardı etmək olmaz.(contact.az)
 

Google+ WhatsApp ok.ru