Makedoniyada xaç heykəlinə qarşı müsəlmanlar ayağa qalxdı

Makedoniyanın Butel qəsəbəsində makedonların 55 metrlik xaç tikməsinə etiraz edən albanlar, xaçın əsasının olduğu yerdə düşərgə qurub.
Hakimiyyətin ortağı olan Demokratik İnteqrasiya Birliyi də Butel (BDİ) səmtində keçən həftə inşa edilməsi planlaşdırılan 55 metrlik xaçın təməlinin atıldığı yerdə etiraz aksiyası keçirib. BDİ-nin aksiyasında albanlar tərəfindən xaçın inşaatına qarşı keçirilən etirazlara, makedonlar da əks aksiya keçirib.
Müxalifət hakim koalisiyanı seçki öncəsi etnik gərginlik yaratmaqda, iqtidar partiyası isə müxalifətin müvəqqəti daxili işlər nazirini dövlət quruluşunu qoruya bilməməkdə günahlandırır.
 Xaçın təməlinin atıldığı yerdə albanların etiraz məqsədi ilə çadır qurması, bu dəfə xaçın inşa edilməsinə tərəfdar olan Makedon tərəfin də etirazına səbəb olub. Təxminən 100 nəfərlik qrup Buteldeki polis idarəsinin qarşısına toplanıb. Xaçın təməlinin olduğu yerə tərəf yürüş etməyə polis icazə verməyib.

Google+ WhatsApp ok.ru