Malayziyada dini məktəbdə güclü yanğın olub, azı 25 nəfər ölüb 14 Sentyabr 2017 01:00 Dünya Malayziyanın paytaxtı Kuala-Lumpurda dini məktəbdə güclü yanğın baş verib. APA-nın “thestar.com.my” saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 25 şagird və müəllim yanaraq ölüb. Məlumata əsasən, müsəlman məktəbində yanğın yerli vaxtla saat 05:00 radələrində başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, hazırda xilasedici əməliyyat davam edir. Məktəbdə baş verən yanğının səbəbi hələ ki, məlum deyil. Hazırda Malayziyada 519 özəl müsəlman məktəb mövcuddur. Onların əksəriyyətinin qeydiyyatsız fəaliyyət göstərdiyi bildirilir. Faciə ilə əlaqədar Malayziyanın baş naziri Nəcib Rəzzak ölənlərin yaxınlarına baş başsağlığı verib. Teqlər : #Malayziyada dini məktəbdə güclü yanğın olub,#azı 25 nəfər ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 2025-ci ilə qədər Avropada ciddi dəyişiklik olacaq ABŞ prezidenti Çinə səfər edəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO