Malayziyada son 6 ildə 900-dən çox özəl islami məktəb açılıb

Malayziyada son 6 ildə 900-dən çox özəl islami məktəb açılıb

Son illər ərzində Malayziyada İslamı qəbul edənlərin sayı getdikcə artır və təkcə son 6 il ərzində bu ölkədə Quran və İslam dininin əsaslarını öyrənmək məqsədilə 900-dən çox özəl İslami məktəb açılıb. 
 
Maide.Az xəbər verir ki, “freemalaysiatoday” saytının məlumatına görə, bu məktəblərin çoxunda Quran qiraəti və əzbərlənməsi dərsləri təşkil olunur. Məktəblərdə təhsil alanların böyük əksəriyyəti Quran müəllimliyi dərəcəsinə çatır. Onlar öz təhsillərini universitetlərdə islami elmlər və hüquq sahəsində davam etdirir. /

Google+ WhatsApp ok.ru