Malayziyanın yeni kralı məlum oldu

Malayziyanın yeni kralı məlum oldu

Malayziyada Sultan V Məhəmmədin istefasından sonra taxtın yeni sahibi məlum olub.

Maide.Az “Euronews”a istinadən xəbər verir ki, Pahanq əyalətinin rəhbəri Sultan Abdullah Əhməd Şah ölkənin yeni kralı seçilib.
59 yaşlı kral rəsmi olaraq 31 yanvarda vəzifəsinin icrasına başlayacaq. O, 5 il müddətinə bu postda qalacaq.

Qeyd edək ki, Malayziyada kral ölkənin 9 əyalətinin rəhbərlərindən ibarət Rəhbərlər Şurası tərəfindən öz aralarından seçilir.

Google+ WhatsApp ok.ru