Malcolm X şəhadətinin 54-cü ildönümü Nyu Yorkda yad edildi

Malcolm X şəhadətinin 54-cü ildönümü Nyu Yorkda yad edildi

ABŞ-da irqçiliklə mübarizənin rəmzlərindən sayılan müsəlman ictimai fəal Malcolm X (Hacı Malik Əl-Şahbaz) şəhadətinin 54-cü ildönümündə Nyu Yorkda yad edildi.
 
Maide.Az Anadolu-ya istinadən xəbər verir ki, yaşadığı dövrdə ABŞ-da hakim olan irqçiliyə qarşı təsirli mübarizəylə bütün dünyada kütlələrin böyük hörmətini qazanan Malkolm X-in şəhadətinin 54-cü ilində sevənləri məzarını ziyarət edərək dua edib.
 
Bəzi insanlar Malkolm X-in məzarına gül qoysa da, bəziləri onun xatirəsi və qurbanlarını göz yaşları ilə xatırladı.
 
Qeyd edək ki, ötən gün həmçinin Nyu Yorkda Malcolm X-in vurulduğu yerdə  anım mərasimi təşkil olunub. 
 
Xatırladaq ki, Malkolm 1925-ci il may ayının 19-da anadan olub. O, afro-amerikan İslami düşüncəsinin ən nüfuzlu simalarından biri sayılır. Bu gün Amerikada fəaliyyət göstərən və milyon üzvü olan bir partiyanın – İslam Ümməti Partiyasının ilk qurucularındadır. Onu həcdən qayıtdıqdan sonra narahat edən məsələlərin başında, müsəlmanların dünyanın hər yerində, o cümlədən də Amerikada əzilməsi, hər addım başı təhqir olunması və ikinci sinif insan kimi görülməsi gəlirdi. Malkomu belə bir siyasi partiyanı qurmağa vadar edən səbəblər həyatı boyunca onu dəfələrlə narahat etmişdir. Malkolm X-in ölümü də bu səbəblərə bağlı idi. Belə ki, onun qabaqda siyasi bir partiyanın başında olacağı və Amerika hökumətini, müsəlmanlara qarşı qəddar davranmasına görə sıxışdıracağını fikirləşən Amerika təhlükəsizlik işçiləri də öldürmüş ola bilər. Və yaxud, xüsusi ilə, həcdən qayıtdıqdan sonra hər fürsətdə xətalarını xalqa çatdırdığı üçün Elijah Məhəmməd tərəfindən öldürüldüyü də söylənilir.
 
Bir sözlə, ölümü ilə arxasında buraxdığı müsəlmanlara bir hədəf göstərən Malkolm X-in ruhu, hal-hazırda Amerikada yaşayan müsəlmanlar tərəfindən tez-tez yad edilir və sevilir. Bu sevginin nəticəsi olaraq onun həyat və mübarizəsi bir kino lenti və kitablarla əbədiləşdirilmişdir.
 
 
 

Google+ WhatsApp ok.ru