İmam Əlinin (ə) mövludu münasibətilə Avropanın bir neçə şəhərində mərasimlər keçirilib

İmam Əlinin (ə) mövludu münasibətilə Avropanın bir neçə şəhərində mərasimlər keçirilib

Mövləl-Müvəhhidin, Əmirəlmöminin Həzrət İmam Əli ibn Əbi Talibin (ə) mübarək və bərəkətli mövludu münasibətilə 10 Aprel 2017-ci il tarixində Avropanın müxtəlif şəhərlərində  İslami mərkəzlərdə bayram şənlikləri təşkil olunub.
 
Maide.Az xəbər verir ki,  ötən gecə yerli vaxtla saat 19:00-da Almaniyanın Hamburq şəhərinin İslam Mərkəzində Əhl-Beyt (ə) aşiqləri mövlud şənliyi keçiriblər. 
 
Bu münasibətlə həmçinin İsveçin paytaxtı İstikholmun "İmam Əli (ə) İslam Mərkəzi"ndə də yerli vaxtla saat 18:00-da mərasim keçirilib və şiələrin birinci imamı, Mövləl-Müvəhhidin, Əmirəlmöminin Həzrət İmam Əli ibn Əbi Talibin (ə) mübarək mövlud günü qeyd edilib. Mərasimdə Quran tilavət olunub, Həzrət Əlinin (ə) mədhində  şer, qəsidə və nəğmələr oxunub və məclisin natiqi İmam Əlinin (ə) həyatı və şəxsiyyəti barədə söhbət edib. Mərasimin sonunda iştirakçılar arasında dini müsabiqə keçirilib və iştirakçılara qiymətli hədiyyələr verilib.
 
Həmçinin Vyananın "İmam Əli (ə) İslam Mərkəzi"ndə də şiələr və Əhl-Beyt (ə) aşiqləri məğrib və işa namazından sonra o həzrətin  mübarək mövludu münasibəti ilə mərasim təşkil ediblər. Bundan başqa Finlandiyanın paytaxtı Helsinkinin "Həzrət Fatimə Zəhra (s) adına  İslam Mərkəzi" də yerli vaxtla saat 19:00-da mərasim təşkil olunub. Mərasimdə müxtəlif proqramlar icra edilib, o cümlədən Quran tilavət olunub, şer, qəsidələr oxunub və mərkəzin ruhanilərindən biri çıxış edib.
 
Bu gün, 1 Aprel 2017-ci il, İngiltərənin İslam Mərkəzində Əhl-Beyti (ə) sevən müsəlmanlara evsahibliyi edəcək və yerli vaxtla saat 18:15-də mübarək mövlud mərasimi keçiriləcək. (iqna)
 
 

Google+ WhatsApp ok.ru