İmam Əlinin (ə) hərəminə Məhərrəm ayı üçün qara bayraqlar asılıb - FOTO 10 Sentyabr 2018 01:00 Dünya Nəcəfdə yerləşən İmam Əlinin (ə) hərəmi Məhərrəm-Səfər əyyamının yaxınlaşması münasibətilə matəm hazırlıqlarına başlayıb. Maide.Az "imamali-a.com" saytına istinadən xəbər verir ki, matəm hazırlığı çərçivəsində, hərəmin daxilində və ətrafında İmam Hüseyn (ə) adı qeyd olunan qara bayraqlar asılıb. Eyni zamanda hərəmin minarələri də qaraya bürünüb. Zəvvarların artımını nəzərə alaraq, hərəmdə və Nəcəfül-Əşrəfdə xüsusi təhlükəsizlik tədbirlərinin daha gücləndirilmiş rejiminə keçildiyi qeyd olunur. Xatırladaq ki, Məhərrəmlik əyyamının başlanması əlaməti kimi, qara bayraq sentyabrın 11-i axşam namazından sonra hərəmin qızılı günbəzindən asılacaq. Teqlər : #İmam Əlinin (ə) hərəminə Məhərrəm ayı üçün qara bayraqlar asılıb FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gürcüstan Müsəlmanları İdarəsi ölkədə çadra və niqabdan istifadənin qadağan olunması təklifinə etiraz edib BMT: Cari ilin sonunadək silahlı münaqişə zonalarında 590 min uşaq aclıqdan ölə bilər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO