İmam Əli (ə) – ən təmkinli, ən güzəştli

İmam Əli (ə) – ən təmkinli, ən güzəştli

Məşhur əhli-sünnə alimi İbn Əbil-Hədid “Nəhcül-bəlağə”nin şərhində İmam Əlinin (ə) vəsfində belə yazır:

وأمَّا الحِلمُ والصَّفحُ فَكانَ أحلَمَ النّاسِ عَن ذَنبٍ، وأصفَحَهُم عَن مُسيءٍ. وقَد ظَهَرَ صِحَّةُ ما قُلناهُ يَومَ الجَمَلِ، حَيثُ ظَفِرَ بِمَروانَ بنِ الحَكَمِ ـ وكانَ أعدَى النّاسِ لَهُ، وأشَدَّهُم بُغضًا ـ فَصَفَحَ عَنهُ.

وكانَ عَبدُ اللّه‏ بنُ الزُّبَيرِ يَشتِمُهُ عَلى رُؤوسِ الأَشهادِ، وخَطَبَ يَومَ البَصرَةِ فَقالَ: قَد أتاكُمُ الوَغدُ اللَّئيمُ عَلِيُّ بنُ أبي طالِبٍ. وكانَ عَلِيٌّ (ع) يَقولُ: ما زالَ الزُّبَيرُ رَجُلاً مِنّا أهلَ البَيتِ حَتّى شَبَّ عَبدُاللّه‏. فَظَفِرَ بِهِ يَومَ الجَمَلِ، فَأَخَذَهُ أسيرًا، فَصَفَحَ عَنهُ، وقالَ: اِذهَب فَلا أرَيَنَّكَ، لَم يَزِدهُ عَلى ذلِكَ.

وظَفِرَ بِسَعيدِ بنِ العاصِ بَعدَ وَقعَةِ الجَمَلِ بِمَكَّةَ ـ وكانَ لَهُ عَدُوًّا ـ فَأَعرَضَ عَنهُ، ولَم يَقُل لَهُ شَيئًا.

وقَد عَلِمتُم ما كانَ مِن عائِشَةَ في أمرِهِ، فَلَمّا ظَفِرَ بِها أكرَمَها، وبَعَثَ مَعَها إلَى المَدينَةِ عِشرينَ امرَأَةً مِن نِساءِ عَبدِالقَيسِ عَمَّمَهُنَّ بِالعَمائِمِ وقَلَّدَهُنَّ بِالسُّيوفِ، فَلَمّا كانَت بِبَعضِ الطَّريقِ ذَكَرَتهُ بِما لا يَجوزُ أن يُذكَرَ بِهِ، وتَأَفَّفَت وقالَت: هَتَكَ سِتري بِرِجالِهِ وجُندِهِ الَّذينَ وَكَّلَهُم بي. فَلَمّا وَصَلَتِ المَدينَةَ ألقَى النِّساءُ عَمائِمَهُنَّ، وقُلنَ لَها: إنَّما نَحنُ نِسوَةٌ.

وحارَبَهُ أهلُ البَصرَةِ، وضَرَبوا وَجهَهُ ووُجوهَ أولادِهِ بِالسُّيوفِ، وشَتَموهُ ولَعَنوهُ، فَلَمّا ظَفِرَ بِهِم رَفَعَ السَّيفَ عَنهُم، ونادى مُناديهِ في أقطارِ العَسكَرِ: ألا لا يُتبَعُ مُوَلٍّ، ولا يُجهَزُ عَلى جَريحٍ، ولا يُقتَلُ مُستَأسَرٌ، ومَن ألقى سِلاحَهُ فَهُوَ آمِنٌ، ومَن تَحَيَّزَ إلى عَسكَرِ الإِمامِ فَهُوَ آمِنٌ. ولَم يَأخُذ أثقالَهُم، ولا سَبى ذَرارِيَهُم، ولا غَنِمَ شَيئًا مِن أموالِهِم، ولَو شاءَ أن يَفعَلَ كُلَّ ذلِكَ لَفَعَلَ، ولكِنَّهُ أبى إلاَّ الصَّفحَ والعَفوَ، وتَقَيَّلَ سُنَّةَ رَسولِ اللّه‏ (ص) يَومَ فَتحِ مَكَّةَ، فَإِنَّهُ عَفا والأَحقادُ لم تَبرُد، والإِساءَةُ لَم تُنسَ.

“O, insanların günahlarını bağışlamaqda ən təmkinli, pis adamlara qarşı ən güzəştli idi. Biz bunu Cəməl müharibəsində daha aşkar görürük. Belə ki, onun ən kinli və ən qəddar düşməni Mərvan ibn Həkəm ələ keçdikdə, onu bağışladı.

Abdullah ibn Zübeyr Bəsrənin işğal olunduğu gün onu hamının qarşısında söyüb belə dedi: “Ən alçaq adam – Əli ibn Əbu Talib sizə tərəf gəlir!” Əli (ə) isə onun haqqında belə buyurmuşdu: “Zübeyr özü Abdullah böyüyənə qədər biz Əhli-beytdən idi.” Həzrət Cəməl müharibəsində qalib gəlib onu əsir tutsa da, günahından keçib ona buyurdu: “Get, bir daha səni görməyim!” Ona bundan artıq bir söz demədi.

Həzrət, Cəməl müharibəsindən sonra Məkkədə düşməni Səid ibn Asa qalib gəldikdə də, ondan üzünü çevirib heç bir söz demədi.

Ayişə ilə rəftarı da hamıya yaxşı bəllidir. Həzrət qalib gəldikdən sonra onu izzətlə Əbdülqeys tayfasından (kişilər kimi) başlarına əmmamə qoyub, bellərinə qılınc bağlayan iyirmi qadınla birlikdə Mədinəyə yolladı. Yolun bir hissəsində Ayişə dilini saxlamayıb nə gəldi deməyə başladı. Dedi: “O, məni kişi və əsgərlərlə tək göndərib pərdəmi götürdü (hörmətdən saldı).” Onlar Mədinəyə çatdıqda, qadınlar başlarından əmmamələrini götürüb dedilər: “Biz qadanıq!”

Bəsrə əhli o Həzrətlə müharibəyə girib qılınclarını ona və övladlarına qarşı qaldırdıqda, onu söyüb lənətlədi. Amma Həzrət onlara qalib gəldikdə isə qılıncını aşağı endirdi və carçısı fəryad edib dedi: “(Düşmənlərdən) qaçanlar təqib olunmasın, yaralananlara əzab-əziyyət verilməsin, təslim olanlar öldürülməsin, silahını yerə qoyan və ya İmamın ordusuna qoşulan kəs amandadır və heç nəyi də müsadirə olunmayacaq.” Halbuki əgər o istəsəydi, bütün bunları icra edərdi. Amma güzəşt və əfvdən başqasını seçmədi. O, Peyğəmbəri-Əkrəmin (s) Məkkənin fəthi günündəki rəftarını örnək bildi. O zaman Peyğəmbər (s) də düşmənlərinə olan kin-küdurət hələ sönməmiş, pis rəftarları unudulmamış ikən onları bağışladı.” (“Şərhi Nəhcül-bəlağə”, İbn Əbilhədid, c.1, səh.22-23.)

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru