İmam Hadi (ə) zəvvarları piyada Samirra yolunda

İmam Hadinin (ə) zəvvarları Samirra şəhərinə getmək üçün yollara axışıblar.
 
İraqın bir çox şəhərindən xeyli sayda zəvvar İmam Hadini (ə) şəhadət günündə ziyarət etmək üçün bir neçə gün əvvəl piyada olaraq yola çıxıblar. Xalq komitəsi qüvvələri İraq ordusu ilə birlikdə yol boyu zəvvarların təhlükəsizliyini təmin edir.
 
Yol boyu qurulmuş çadırlarda da zəvvarların qidalanması və digər ehtiyaclarının təmin olunması ilə bağlı xidmətlər yaradılıb.
 
Qeyd edək ki, Samirra şəhəri Səlahəddin əyalətinin mərkəzində və Tikrit şəhərindən 40 kilometr məsafədə yerləşir.

Google+ WhatsApp ok.ru