İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahlarının bağlanması xəbəri təkzib olundu

İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahlarının bağlanması xəbəri təkzib olundu

İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahlarının qəyyumları bu iki müqəddəs türbədə zəvvarların qəbulunun davam etdiyini açıqlayıblar.
 
Maide.Az "Deyerler.org"-a istinadən xəbər verir ki, İraqın rəsmi xəbər agentliyi (WAA) İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahlarının bağlanması xəbərinin doğru olmadığını və bu xəbərlərin şayiə olduğunu bildirib.
 
Bundan əvvəl İraq mediası çərşənbə günü günortadan sonra İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahlarının sonrakı xəbərdarlığa qədər koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər səbəbindən bağlanacağını iddia etmişdi.
 
İraqda, o cümlədən Kərbəla vilayətində koronavirus infeksiyasına yoluxma sayının artmasından sonra Kərbəla qubernatoru şəhərdə nəqliyyatın tənzimlənəcəyini elan etmişdi.
 
Vilayətin yerli rəsmiləri yeni qaydaların həyata keçirilməsinə kömək etmək üçün hərbçiləri prosesə cəlb etmişdilər və Kərbəla şəhərindən yayımlanan görüntülər ordunun şəhərdə yerləşdirilərək insanların (piyada) səyahət etmələrini qadağan etdiyini göstərir.

Google+ WhatsApp ok.ru