İmam Hüseynin (ə) hərəmində  Quran studiosu fəaliyyətə başladı

İmam Hüseynin (ə) hərəmində Quran studiosu fəaliyyətə başladı

İmam Hüseynin (ə) hərəminin “Quran evi”ndə Quran proqramlarının yazılması məqsədilə  yeni studionun açılışı olub. 
 
Maide.Az xəbər verir ki,  studionun açılış mərasimində tanınmış Misirli Quran ustadları  Əhməd Əbdülhəy və Seyid Səid  Müslim iştirak ediblər.  
 
Məlumata görə, studioda  iraqlı gənclərin  Quran tilavəti üzrə səs yazması aparılacaq.  “Studioda Quran, Əhli-beyt (ə) aid və eləcə də dua proqramlarının   görüntülü və səs yazmasını həyata keçirmək mümkin olacaq.”
 
Studio bütün standartlara tam cavab verir və orada hər növ proqramın hazırlanması üçün imkanlar mövcuddur”. 
 

Google+ WhatsApp ok.ru