İmam Hüseynin (ə) şəxsiyyətinin tanıtdırılması üçün 10 dildə  beynəlxalq mətbuatda yazılar dərc olunacaq

İmam Hüseynin (ə) şəxsiyyətinin tanıtdırılması üçün 10 dildə beynəlxalq mətbuatda yazılar dərc olunacaq

Aşura qiyamvə İmam Hüseynin (ə) şəxsiyyətinin tanıtdırılması üçün  10 dildə  beynəlxalq mətbuatda  xüsusi buraxılış yazılar dərc olunacaq.  
 
Maide.Az xəbər verir ki,  mətbuat üçün xüsusi buraxılış yazılar İranın  İslami Əlaqələr və Mədəniyyət Təşkilatı və Aşura fondu tərəfindən müştərək hazırlanacaq. 
 
Beynəlxalq mətbuatda dərc olunacaq yazılar müsəlman və qeyri –müsəlman mütəfəkkirlərin  qələmi ilə  fars,  ingilis,  ərəb,  fransız, ispan və daha bir neçə dildə  yazılacaq. 
 
Qeyd olunan yazıların  Məhərrəm və Səfər aylarında  beynəlxalq mətbuatda dərc olunması  nəzərdə tutulub. Artıq bununla bağlı işlərə başlanılıb.  Dünyanın müxtəlif ölkələrindən yazarların elmi araşdırma yazıları  Aşura  Fondu vasitəsi ilə  qəbul ediləcək  və  nəşr ediləcək. 
 

Google+ WhatsApp ok.ru