İmam Hüseynin (ə) və Həzrət Əbülfəzlin (ə) hərəmləri qaraya büründü - FOTO 28 İyul 2020 11:09 Dünya İmam Məhəmməd Baqirin (ə) şəhadəti münasibətilə Kərbəlada İmam Hüseynin (ə) və Həzrəti Əbülfəzlin (ə) ziyarətgahına qara bayraqlar yerləşdirilib. Maide.Az İQNA-a istinadla xəbər verir ki, İmamın (ə) şəhadət gecəsinin daxil olması münasibətilə Kərbəladakı mütəhhər hərəmlərin bütün səhnləri, sütunlu dəhlizləri və eyvanlarına qara rəngli parçalar yerləşdirilib. Qeyd edək ki, bu gün İmam Baqirin (ə) şəhadəti günüdür. İmam Baqir (ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-abidinin (ə) vəfatı vaxtı (hicrətin 96-cı ilində) otuz doqquz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (s. ə) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (ə) hicrətin yüz on dördüncü ilində, Zil-hiccə ayının 7-də Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin (ə) İmamət dövrü on səkkiz il olub. Teqlər : #İmam Hüseyn,#Həzrət Əbülfəzl,#İmam Baqir,#şəhadət günü , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İlin birinci yarısında Əfqanıstanda 1200-dən çox dinc sakin öldürülüb Şeyx İsa Qasim İslam dininin Bəhreyndə hədəfə alındığını bəyan etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO