İmam Rza (ə) adına peyk kanalı rəsmi fəaliyyətə başladı

İmam Rza (ə) adına peyk kanalı rəsmi fəaliyyətə başladı

İmam Rza (ə) adına peyk kanalı  rəsmi şəkildə fəaliyyətə başladı. 
 
Maide.Az xəbər verir ki, ötən gün Məşhəddə İslami televiziya və Radio Birliklərinin 9-cu iclasının bağlanış mərasimində rəsmi şəkildə fəaliyyətə başladığını elan edib.
 
Peyk kanalı İslam ölkələri KİV-ləri arasında birlik yaratmaq məqsədilə İmam Rzanın (ə) hərəm kompleksinin dəstəyi ilə “Nilesat” peykində yayımlanacaq.
 
Qeyd edək ki, İmam Rza (ə) adına olan kanal ötən ilin fevral ayından test yayımına başlamışdır. Kanal canlı olaraq İmam Rzanın (ə) hərəmindən proqramlar yayımlayır.   
Kanalda dünyanın müxtəlif ölkələrindən ziyarətə gəlmiş insanlar haqqında verlişlər yayımlanır. Həmçinin maraqlı kiliplər və müxtəlif maarifləndirici proqramlar kanalda yayımlayacağı bildrirlir. 
 
Kanal 3 dildə (Ərəb, Fars və İngilis dillərində) proqramlar yayımlayacaq. Dünyanın hər bir yerində Əhli-beyt (ə) aşiqləri peyk kanalının proqramlarından istifadə edə biləcək. /

Google+ WhatsApp ok.ru