İmam Rzanın (ə) şəhadəti münasibətilə milyonlarla zəvvar Məşhəd şəhərinə axışır

İmam Rzanın (ə) şəhadəti münasibətilə milyonlarla zəvvar Məşhəd şəhərinə axışır

7 noyabr -  28 səfər - İslam Peyğəmbərinin (s) rehləti və  08 noyabr  - 29 səfər -  İmam Rzanın (ə) şəhadəti münasibətilə dünya ölkələrindən və İranın daxili bölgələrindən milyonlarla zəvvar matəm məclislərindədə iştirak etmək üçün müqəddəs Məşhəd şəhərinə axışır. 
 
Maide.Az  "tasnimnews" xəbər agentliyinə istinadla xəbər verir ki, matəm günü Məşhəddə İmam Rzanın (ə) hərəminə çatmaq üçün müxtəlif minik vasitələri ilə səfər edən zəvvarlarla yanaşı ,  piyada gələn zəvvarlar da var.
 
İmam Rzanın (ə) şəhadəti münasibətilə piyada yola düşən zəvvarların yorğunluqlarını almaq üçün insanlar istirahət çadırları qurublar və ehsanlar verirlər.
 
İmam Rzanın (ə) şəhadəti münasibətilə Məşhəd şəhərinə 3 milyondan artıq zəvvarın gəlməsi gözlənilir.
 
 

Google+ WhatsApp ok.ru