İmamzadə Əbdüləzimin (ə) hərəminin günbəzinin üzərindəki bayraq dəyişdiriləcək 19 Noyabr 2020 11:02 Dünya Bu gün Tehranda imam Həsənin (ə) nəvələrindən olan İmamzadə Əbdüləzimin (ə) hərəminin günbəzinin üzərindəki bayrağın dəyişdirilmə mərasimi keçiriləcək. Maide.Az xəbər verir ki, noyabr ayının 20-i (Rəbiüs-sani ayının 4-ü) imamzadə həzrət Əbdüləzim Həsəninin (ə) doğum günüdür. Mərasim yerli vaxtla saat 18:00-da başlayacaq. Mövlud münasibətilə hərəmin eyvanları və zərih gül-çiçəklərlə bəzədilib. Bundan başqa bu gecə yerli vaxtla saat 19:00-da o həzrətin mövlud axşamı münasibətilə özəl proqram təşkil olunacaq. Proqram İranın "Quran" televiziyasından canlı yayımlanacaq. O həzrətin mövlud günü (cümə) səhər Nüdbə duası mərasimi, Quranla üns məclisi təşkil olunacaq. Bu proqramlar da İran Dövlət Televiziyasının 2-ci, 3-cü və "Quran" kanalları vasitəsilə canlı yayımlanacaq. Koronavirus səbəbindən Həzrət Əbdüləzimin (ə) hərəmindəki mərasimlər Əhli-beyt (ə) aşiqlərinin iştirakı olmadan təşkil olunacaq. Teqlər : #İmamzadə,#Əbdüləzimin,#(ə),#hərəminin,#günbəzinin,#üzərindəki,#bayraq,#dəyişdiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avstraliya ordusu 39 əfqan mülki şəxsi öldürdüyünü etiraf edib İraq xarici işlər naziri Rusiyaya səfər edəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO