Maşın 3 uşağı vurub

Maşın 3 uşağı vurub

 
Sumqayıtda ağır yol qəzası baş verməsi nəticəsində ana və iki qızını maşın vurub, ana ölüb
 
Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, şəhər sakinləri Saday Əsədovun idarə etdiyi "Mercedes" və Xıdır Əliyevin idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Saday Əsədov idarəetməni itirdiyindən yolun kənarında dayanmış Sevil Əmirovanı, qızları Sevinci və İlahəni vurub. S. Əmirova hadisə yerində ölüb.
 
Digər bir piyada qəzası Lənkəranda baş verib. Qəza nəticəsində 3 yaşlı uşaq xəsarət alıb.
Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Verilən məlumata görə, hadisə rayonun Qamışovka kəndi ərazisində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan minik avtomobili yolu keçmək istəyən piyada, 2013-cü il təvəllüdlü Elmar Nazim oğlu Əmənovu vurub. Xəsarət almış azyaşlı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Zəruri tibbi yardımdan sonra onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
 
Hər iki faktla bağlı araşdırma aparılır. (apa) /
 

Google+ WhatsApp ok.ru