Manat dollar və avroya qarşı zəifləyib

Manat dollar və avroya qarşı zəifləyib

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən Maide.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% bahalaşaraq 1,5150 manat təşkil edib.
 
Avro da manata qarşı bahalaşıb. Avrozonanın vahid valyutası manata nisbətən 0,07% bahalaşaraq 1,7082 manata çatıb.
 
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,87% möhkəmlənərək 0,0232 manat olub.
 
Türkiyə lirəsi də manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,17% güclənərək 0,5182 manata çatıb.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1479 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 0,16%-lik bahalaşma nümayiş etdirib.
 
Gürcüstan larisi isə 0,16% bahalaşaraq 0,7086 manata çatıb. /

Google+ WhatsApp ok.ru