Maşın vurmasın deyə yaşlı adamı 400 metr kürəyində daşıyan polis mükafatlandırıldı

Tailandda yardımsevərliyi ilə məşhurlaşan polisə pul mükafatıl verilib.
Maide.az xəbər verir ki, Tailandda baş verən son inqilab və qanlı iğtişaşlardan sonra bütün ölkənin polislərə olan rəğbəti bir polis əməkdaşının etdiyi xeyirxah əməl nəticəsində yenidən düzəlib.
Belə ki, polis əməkdaşı Vorapanq körpüdən çıxanda maşın yolundan bir yaşlı adamın keçmək istədiyi görüb. Yaşlı adamın maşınların altında qalıb əziləcəyindən qorxduğu üçün polis onu kürəyində 400 metr daşıyıb və keçid olan yerdən yolun digər tərəfinə keçirib.
Polis daha sonra bir taksi çağırıb və həmin adamı evinə göndərib.
Yoldan keçənlərin heyranlıqla izlədiyi bu polis əməkdaşı bir anda ölkədə məşhurlaşıb.
Tailan milli polis idarəsinin rəisi Pumpunmuanq polis haqqında belə danışıb:
“Polis peşəsinin qürurunu yenidən ucaldan belə əxlaq abidəsi olan məmurlarımızı mükafatlandırmalı və digərlərinə nümunə göstərməliyik”.

Google+ WhatsApp ok.ru