Marketlərdə daha bir təhlükə - Diqqət

Marketlərdə daha bir təhlükə - Diqqət

Azad İstehlakçılar Birliyinin sədri, iqtisadçı Eyyub Hüseynov marketlərdə vaxtı keçmiş ərzaqların satılması haqda xəbərdarlıq edib. 
 
Maide.Az xəbər verir ki,  E.Hüseynov Axar.az-a açıqlamasında deyib ki, prezidentin verdiyi sərəncama görə, dövlət qurumları biznesmenlərə müdaxilə edə bilmir. Bu, çox gözəl haldır, çünki bununla rüşvətin qarşısı alınıb .Bəzi sahibkarlar bu haldan sui-istifadə edir:
“Sadəcə olaraq, bəzi biznesmenlər dövlət qurumlarının onlara müdaxilə etməməsindən istifadə edərək, arxayınlaşıb. Onlar nəinki vaxtı keçmiş ərzaqları satırlar, hətta yodlaşdırılmamış duzu Masazırda istehsal edib, “Ukrayna duzu” adı ilə satışa buraxırlar. Bunun nəticəsində hazırda onkoloji xəstəliklər bizdə xaricdən daha artıqdır. Biz dövlət qurumlarına bu haqda deyirik, onlar da deyirlər, müdaxilə etmirik, gedin məhkəməyə verin”.

Google+ WhatsApp ok.ru