Mark Zukerberq ilk dəfə iftara qatılıb 23 İyun 2017 01:00 Dünya Facebookun yaradıcısı Minneapolisdə Somalidən olan qaçqınlarla iftar yeməyini bölüşüb "Facebook"un yaradıcısı Mark Zukerberq ilk dəfə iftara qatılıb. M.Zukerberq Minneapolisdə Somalidən olan qaçqınlarla iftar yeməyini bölüşüb. "Qaçqın kimi, adətən, hansı ölkəyə düşəcəyinizi seçə bilmirsiniz. 26 ilini qaçqınlar üçün düşərgədə keçirən bir nəfərdən ABŞ-da özünü evdəki kimi hiss edib-etmədiyini soruşanda mənə çox sadə, amma dərin mənalı cavab vermişdi: "Ev istədiyinizi sərbəst şəkildə edə bildiyiniz yerdir". Dünyada onun istədiyi kimi yaşamasının, rahat olmasının mümkün olduğu çox az yer var", - M.Zukerberq "Facebook" səhifəsində yazıb. O, iftar süfrəsi təşkil edən somalili qaçqınlara qonaqpərvərliyə görə təşəkkürünü bildirib: "Sizin gücünüzə və yad bir yerdə yeni həyat qurmaqda göstərdiyiniz qətiyyətə heyranam. Siz bu ölkənin nəyə görə belə möhtəşəm olduğunu bir daha xatırladırsınız". (report) / Teqlər : #Mark Zukerberq ilk dəfə iftara qatılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hindistan, Pakistan və Banqladeşdə “sibir xorası”nın ocaqları tapılıb Rusiya qırıcıları 1 həftəyə 14 xarici təyyarə “tutub” - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO