Marşrut xətlərində edilən dəyişiklilər üzərində hazırda iş gedir

Bakı şəhər və şəhərətrafı marşrut xətlərində aparılan təkmilləşdirmə işləri və "Bakı 2015" I Avropa Oyunları zamanı şəhərin mərkəzi hissəsində nəqliyyat sıxlığının azaldılması ilə əlaqədar paytaxtdakı müəyyən marşrut xətlərində edilən dəyişiklilər üzərində hazırda iş gedir.
 
Maide.az xəbər verir ki, bu haqda "Report"a "Bakı Sərnişin Daşımaları" MMC-dən məlumat verilib. 
 
Bildirilib ki, avtobusların hazırkı marşrutlarla sərnişindaşımaları iyulun 1-dək bu qaydada həyata keçiriləcək: "Bu, bir qədər vaxt aparan prosesdir. Müəyyən marşrutlar olduğu kimi qalacaq, digərlərinin isə xətlərində dəyişiklik ediləcək. Bura "BakuBus" MMC-nin də avtobuslarının qoşulacağı istisna edilmir".

Google+ WhatsApp ok.ru