Dərnəgüldəki tikinti bazarı köçürüləcək, yerində bina tikiləcək

Yaxın gələcəkdə Dərnəgüldəki tikinti bazarının şəhər ətrafına köçürülməsi nəzərdə tutulub.
 
Modern.az saytının əldə etdiyi məlumata görə, buna səbəb həmin bazarın fəaliyyəti ilə əlaqədardır. Çünki, bazar, fəaliyyəti dövründə ətrafda böyük tıxacların yaranmasına, nəqliyyatın hərəkətinin iflicinə səbəb olub.
 
Eyni zamanda bildirilir ki, köçürüləcək bazarın yerində iki hündürmərtəbəli bina ucaldılacaq. Lakin proses müəyyən məsələlərin həllini tələb etdiyindən qısa müddətdə baş verməsi gözlənilmir. /
 

Google+ WhatsApp ok.ru