Marsda inşa edilməsi planlaşdırılan ev -FOTO

2030-cu ildə kosmonovtların qalacağı evləri 3D formada inşa etməyi planlayan NASA, bu məqsədli təşkil etdiyi yarışmanın qalibini açıqlayıb.
Maide.az xəbər verir ki, “3D-Printed Habitat Challenge” adı ilə təşkil edilən yarışmada ən sağlam, davamlı, yeniliçi və funksional 160 dizayn iştirak edib.
Bu layihələrin arasında “SEARCH/ Clouds Architecture” firmasının dizayn etdiyi “Buz evi” layihəsi qalib olub. 25 min dollar mükafat qazanan bu layihəni həyata keçirtmək üçün -63 dərəcə şaxta tələb olunur.
Yarışmada ikinci yeri “Gamma” komandasının layihəsi tutub. Robotlar tərəfindən inşa edilməsi planlaşdırılan bu layihə 15 dollar mükafat qazanıb.
3-cü pilləni isə “Lavahive” komandasının bir neçə qübbə və sökülüb-yığılan hissələrdən ibarət olan modul layihəsi tutub. Bu layihə isə 10 min dollar mükafat alıb.
NASA indi isə yarışmanın ikinci mərhələsinə start verib və 1 milyon dollar müküfat vəd edib. Belə ki, ilk 3 yerin sahibinin dizaynlarını həyata keçirilə biləcəyini sübut edə biləcək komandaya 1 milyon dollar veriləcək. /

 

Google+ WhatsApp ok.ru