Suriyalı qaçqınların Albaniyanı tranzit ölkə kimi istiifadə edilməsinə icazə verildi

Albaniya suriyalı qaçqınların bu ölkədən keçərək başqa ölkəyə getməsinə icazə verdi.
Maide.az xəbər verir ki, Albaniya baş nazirinin müavini Niko Peleşi öz ölkəsinin suriyalı qaçqınlar üçün daimi sığınacaq yeri deyil, yalnız tranzit ölkə ola biləcəyini söyləyib.
Yunanıstandan keçərək Makedoniyaya, oradan da Serbiyaya gedən qaçqınlar, Macarlstan və ya Xorvatiya üzərindən də Qərbi Avropaya üz tuturdular. Amma qaçqınları əksər Avropa ölkəsi qəbul etmir, onların küçələrdə gecələməsinə göz yumurlar.
Hazırda Avropada başlayan soyuqlara görə, küçələrdə qalan qaçqınlar nisbətən isti ölkələr olan Çernoqoriya və Albaniyaya üz tutmasını gündəmə gətirib. /

Google+ WhatsApp ok.ru