Mart ayının ikinci həftəsində paytaxt ərazisində 366 sərxoş sürücü aşkar edilib

Mart ayının ikinci həftəsində paytaxt ərazisində pərdə və plyonkadan istifadə edən 88 sürücü barəsində inzibati protokol tərtib edilib.
 
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, martın 7-dən 14-dək paytaxt ərazisində 21 yol qəzası baş verib, nəticədə 8 nəfər ölüb, 29 nəfər xəsarət alıb.
 
Hesabat dövründə paytaxt Bakıda 20629 sürücü barəsində inzibati protokol tərtib edilib.
 
Tərtib edilən protokolların 366-sı sərxoş sürücü, 1611-i işıqforun qırmızı işığında keçmə, 88-i pərdə və plyonkadan istifadə etmə, 33-ü avtoxuliqanlıq, 2915-i yolayrıcı keçmə qaydasını pozma, 83-ü qəza şəraiti yaratma,  129-u sərnişindaşıma qaydasını pozduğuna görə, 55-i polisin saxla əmrinə tabe olmama, 231-i ötmə və qarşılıqlı hərəkət zolağına çıxma, 1780-i piyada keçidindən istifadə etməyən şəxslərin payına düşür.

Google+ WhatsApp ok.ru