Avropa Şurası: “İlqar Məmmədov dərhal azad edilsin!”

Avropa Şurası Nazirlər Komitəsi dünən martın 12-də keçirdiyi iclasında İlqar Məmmədovun Azərbaycana qarşı işi üzrə qətnamə qəbul edib.
 
Bu barədə məlumat verən vəkil Fuad Ağayev saytına açıqlamasında bildirib ki, həmin qətnamədə İ.Məmmədovun hələ də həbsdə saxlanmasından, Ali Məhkəmənin isə onun şikayətlərinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salmasından narahatlıq ifadə olunur.
 
AŞ Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini İ.Məmmədovu dərhal azad etməyə çağırıb. Qurum Azərbaycan hakimiyyətinə “ləngimədən hüquqi əsas olmadan cinayət işlərinin başlanmasının qarşısının alınması və prokurorluğun bu kimi cəhdlərinin məhkəmə qaydasında səmərəli araşdırılması üçün görülmüş və ya planlaşdırılmış tədbirlər haqqında konkret və hərtərəfli məlumatın təxirə salınmadan təqdim olunmasına” dair çağırışını da təkrarlayır.
 
Qeyd edək ki, ReAl hərəkatının lideri İ.Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart, 2013-cü il tarixli hökmü ilə 7 il müddətinə həbsə məhkum edilib. O və daha 17 nəfər İsmayıllı iğtişaşlarının təşkilində ittiham olunurlar.virtualaz/

Google+ WhatsApp ok.ru