Martda 9 gün qeyri-iş günü olacaq 29 Yanvar 2015 02:00 Ölkə Bu ilin mart ayındakı bayramlarla əlaqədar 9 gün qeyri-iş günü olacaq. Martın 8-i - Beynəlxalq qadınlar günü bazar gününə təsadüf etdiyi üçün, martın 9-u qeyri-iş günü hesab ediləcək. Maide.az xəbər verir ki, bundan başqa Novruz bayramında ölkə əhalisi bir həftə (7 gün) istirahət edəcək. Belə ki, Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək qeyri-iş günləridir. Lakin martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25-i və 26-sı da qeyri-iş günü olacaq. Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur. Teqlər : #Martda 9 gün qeyriiş günü olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan və İran arasında investisiya sahəsində əməkdaşlığa dair memorandumun detalları açıqlanıb Hansı deputatlar mandatsız qala bilər?