Martdan kredit qaz həcmi  iki dəfə artırılacaq

Martdan kredit qaz həcmi iki dəfə artırılacaq

Mart ayından etibarən dövlət yoxlanışı məqsədi ilə açılaraq götürülən qaz sayğaclarının yerinə quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclardan istifadə edəcək abonentlərə yeni imkanlar yaradılacaq.
 
"Azəriqaz" İB-dən Modern.az-a bildirilib ki, mart ayından yeni quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclarda 20 kubmetr həcmində kredit almaq mümkün olacaq.
 
Bu günə qədər istifadədə olan əvvəlcədən ödənişli qaz sayğaclarında bu həcm 10 kubmetrə bərabər idi.

Google+ WhatsApp ok.ru