Masallıda bədbəxt hadisə - Ot yığan kişi ayaqlarını itirdi

Masallı rayon sakini bədbəxt hadisə ilə üzləşib.

Maide.Az Anspress-ə istinadən xəbər verir ki, Xallıcalı kəndində kənd sakini 30 yaşlı Teymur Mirzəyev traktorla ot presləri bağlayarkən texnikada nasazlıq yaranıb.
 
O, traktoru işlək vəziyyətdə qoyub texnikadakı nasazlığı aradan qaldırmaq üçün pres bağlayan aparatın üzərində işləməyə başlayıb. Elə bu vaxt texnika hərəkətə başlayıb və onun ayağı aparatın dişlərinin arasında qalıb.
 
Hər iki ayağından ciddi xəsarət alan T. Mirzəyev dərhal xəstəxanaya aparılıb. Həkimlər onun hər iki ayağının amputasiya olunmasına qərar veriblər və 30 yaşlı kişinin ayaqları kəsilib.
 
Faktla bağlı Masallı Rayon Polis İdarəsində araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru