Masallıda məsciddə oğurluq hadisəsi qeydə alınıb

Masallıda məsciddə oğurluq hadisəsi qeydə alınıb

Masallı rayonu Bədalan kəndi Dəmirçi məhəlləsində yerləşən məsciddə oğurluq hadisəsi baş verib. 
 
Bədalan kəndidən Cenubnews.com-a verilən məlumata görə, yanvarın 5-i saat 05:00 radələrində Bədalan kənd məscidinin pəncərəsinin kilidi sındırılıb açılıb. Oradan 4-ədəd böyük mis qazan və nəzir qutusu qırılaraq içindəki pul naməlum şəxs tərəfindən oğurlanıb. 
 
Hazırda polis əməkdaşları oğurluq faktı ilə bağlı əməliyyat-axtarış tədbirləri və araşdırmalar aparır.  
 

Google+ WhatsApp ok.ru