Masallıda maskalı şəxslər 80 yaşlı ər-arvadın evinə basqın edib

Masallı rayonunda naməlum maskalı şəxslər evə basqın ediblər.
 
Hadisə ötən gecə saat 4 radələrində Binə Xocavər kəndində qeydə alınıb.
 
Maskalı şəxslər, kənd sakinləri - 80 yaşlı Yafər və Rübabə Məmmədovaların yaşadıqları evə daxil olub, onların əl-qolunu bağlayıb, zor tətbiq edib, pul, qızlı tələb ediblər.
 
Pul tapa bilməyən maskalılar qadının üzərində və evdə olan zinət əşyalarını götürüb qaçıblar.
 
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında əməliyyat-istintaq qrupu yaradılıb. Həmin şəxslərin tapılması istiqamətində iş aparılır.

Google+ WhatsApp ok.ru