Masallıda Qədir Xum bayramı keçirildi

Masallıda "İmam Museyi-Kazim" heyyəti Qədir Xum bayramı münasibətilə bağlı tədbir keçirdi

Cenubnews.com İnternet Qəzeti xəbər verir ki,ötən gün Masallıda "İmam Museyi-Kazim" heyyəti Qədir Xum bayramı münasibətilə tədbir təşkil ediblər.

İlk öncə məclis Qurani-Kərimin tilavəti ilə başlayıb.Qurani-Kərim tilavətindən sonra Qədir Xum bayramına dair geniş nitqilə çıxış edilmiş və mərasim iştirakçıları, dünya müsəlmanları bayram münasibətilə təbrik edilmişdir .


Sonda ehsan süfrəsi verilib, dualar oxunub və "Fərəc" duasının cəmlə oxunuşu ilə tədbir sona çatıb. /

 

Google+ WhatsApp ok.ru