Qırğızıstan şiələri Qədir Xum bayramını qeyd etdi

Hicri-qəməri təqvimi ilə Zilhicə ayının 18-i (cari il 13 Oktyabr, - red.) İslamın ən böyük bayramlarından biri, Qədir-Xum bayramı qeyd olunur. Bütün dünyada bu münasibətlə müxtəlif bayram şənlikləri və mərasimləri düzənlənir.

Elə bu münasibətlə ötən gecə Qırğızıstanın paytaxtı Bişkekdədə İmam Əli (ə) məscidində Qadir-Xum bayramı münasibətilə təntənəli mərasim keçirilib.

Maide.az-ın məlumatına görə, mərasim Şam və İşa namazından sonra başlayıb. Mərasimdə ilahiyyatçı Hacı İlqar   Qədir Xum hadisəsi və onun əhəmiyyəti haqqında söhbət edib. Mərasimin davamında  bayram ilahiləri səsləndirilib. /

 

Google+ WhatsApp ok.ru